“Prezident İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk sınağı Münhen konfransı oldu, çox uğurlu keçdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında deputat Vahid Əhmədov deyib.
“Danışıqlarda İlham Əliyevə dövlət başçıları tərəfindən yüksək hörmət olduğu görünür. Münhen konfransında Azərbaycan-Ermənistan məsələsindən kənarda qalan Fransa həmişəki kimi məkrli mövqeyinə davam edib. Təsadüfi deyil ki, konfransdan sonra Paşinyan Fransaya səfər etdi. Makron Azərbaycana qarşı bir çox məkrli bəyanatlar səsləndirdi. Prezident konfransdan sonra ilk rəsmi səfərini Türkiyəyə etdi, Türkiyə daim Azərbaycanın yanında olacağını bildirdi”.
Aytac Aslan
















