• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanla Ermənistanın xüsusi vasitəçiyə ehtiyacı yoxdur

CƏMİYYƏT

25 Dekabr 2023 | 12:33

Azərbaycanla Ermənistanın xüsusi vasitəçiyə ehtiyacı yoxdur

"Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Briliyinin və Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi".

Bakıvaxtı.az xəbər veirr ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiya prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi: "Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib".

Onun sözlərinə görə, Prezident İlham Əliyev də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcək: "Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq. Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamamlıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur".

"Liderlərin üçlü görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur", - deyə E.Şahinoğlu qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026