• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qarabağın erməni sakinləri üçün yenə yanacaq göndərildi - YENİLƏNİB

CƏMİYYƏT

26 Sentyabr 2023 | 16:33

Qarabağın erməni sakinləri üçün yenə yanacaq göndərildi - YENİLƏNİB

SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, yanacaqla dolu avtomobillər Xankəndiyə hərəkət edir.

 

13:53

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.

***

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.

Bakıvaxtı.az xəbər verir ki, yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb.

Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.

Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. Onu da əlavə edək ki, ilk belə yanacaqla dolu 2 avtomobil Xankəndiyə sentyabrən 23-də göndərilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024