• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yeni metrostansiya necə adlanacaq?

CƏMİYYƏT

26 Oktyabr 2023 | 15:19

Yeni metrostansiya necə adlanacaq?

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinə aid, şərti adı "B-04" olan stansiyasının adı ilə bağlı təkliflər verilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ad verilən zaman stansiyaların yerləşdiyi əraziyə və yaxud Azərbaycan üçün əhəmiyyətli olan hadisələrə uyğun ad seçilir. Hələlik bu metro stansiyanın adı ilə bağlı dəqiq, real müzakirə olmayıb, amma bir sıra təkliflər mövcuddur", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026