• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın tütün ixracından gəlirləri azalıb

CƏMİYYƏT

25 Noyabr 2023 | 15:08

Azərbaycanın tütün ixracından gəlirləri azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 97 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.

10 ay ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 11,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 49,6 % və yaxud təxminən 2 dəfə azdır.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,01 %-ni təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026