• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qızdırma, baş ağrısı, halsızlıq: Qrip, yoxsa... - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

25 Dekabr 2023 | 13:21 | Müəllif: Qalib İbrahimoğlu

Qızdırma, baş ağrısı, halsızlıq: Qrip, yoxsa... - Həkimdən XƏBƏRDARLIQ

Havaların soyuması ilə xəstəliklər də artıb.

Bir neçə gündür ki, insanlar halsızlıq, baş ağrısı, ara-ara gələn hərarətdən şikayət edirlər. Bəzi insanlar bunun adi xəstəlik deyil, virus olduğunu iddia edir.

Daxili xəstəliklər uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, baş ağrısı, halsızlıq, hərarət hazırda yayılan kəskin respirator xəstəlikləri ilə bağlıdır: "Ümumiyyətlə, hərarət yüksəkliyi varsa, söhbət altda olan infeksiyadan, iltihabi prosesdən gedir. Orada törədici virus, bakteriya, mikroorqanizm ola bilər”.

Onun sözlərinə görə, nəticədə, bunlar bir iltihabi proses törədir: “Tənəffüs yollarında törədəndə öskürək, halsızlıq, temperatur verir. Bunun fonunda baş ağrıları, iştahsızlıq ola bilər".

Həkim qeyd edib ki, bunlar infeksiya xəstəliklərində görünən simptomlardır: "Soyuq aylarda belə infeksiya xəstəlikləri daha çox özünü göstərir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026