Çində soyuq dalğa zamanı rekord qeydə alınıb. Bu, paytaxt Pekində 1951-ci ildən bəri ən soyuq dekabrdır.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, dekabrda şəhərdə temperatur tez-tez sıfırdan aşağı olur.
Pekin mediası yazıb ki, şəhərdə temperatur ilk dəfə dekabrın 11-də sıfırdan aşağı düşüb və 300 saat ərzində elə qalıb.
Digər tərəfdən, bu il ölkəyə təsir edən şiddətli soyuq dalğa Çinin şimalındakı şəhərlərdə istilik problemlərinə səbəb olub. Ölkənin mərkəzi hissəsində yerləşən Henan əyalətində istilik sistemində nasazlıq yaranıb. Cümə günü Henan əyalətinin Jiaozuo şəhərindəki Wanfang elektrik stansiyasında yaranan nasazlıqdan sonra istilik tamamilə dayanıb.
Ştatın Puyang və Pingdingshan administrasiyaları tərəfindən verilən açıqlamada xəstəxana, məktəb və yaşayış evləri kimi istiliyə üstünlük verilməli olan ərazilər üçün dövlət və dövlət qurumlarının istilik sistemlərində kəsilmələr olacağı qeyd edilib.
Ay Tac















