• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ağcaqanadlar insanlara ət yeyən bakteriyaları ötürür

CƏMİYYƏT

24 Yanvar 2024 | 14:04

Ağcaqanadlar insanlara ət yeyən bakteriyaları ötürür

Avstraliyada görülən ət yeyən bakteriyanın yaratdığı Buruli xorasının ağcaqanadlar vasitəsilə opossumlardan insanlara keçdiyi aşkar edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, Avstraliyanın Viktoriya Doherti İnstitutunun tədqiqatçılarının gəldiyi qənaətdir.

Alimlər Buruli xorasına səbəb olan ət yeyən bakteriyaların mənbəyini və yayılmasını araşdırıblar. “Nature Microbiology” jurnalında dərc olunan araşdırma çərçivəsində 2016-2021-ci illər arasında Melburnda 65 min ağcaqanad araşdırılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, ağcaqanadların opossumlardan daşıdığı bakteriyaların genetik quruluşu bölgədəki Buluri xorasından əziyyət çəkən insanlardakı bakteriyalarla eynidir.

Tədqiqat qrupundan olan professor Tim Stinear mövzu ilə bağlı verdiyi açıqlamada "Bu, bizi həyəcanlandırır, çünki xəstəliyin necə yayıldığına dair 80 illik sirri bitirir" deyib.

Stinear ağcaqanadların Buluri xorasının yayılmasından çoxdan şübhələndiklərini, lakin bu növ bakteriyaların həşərat dişləmələri ilə yayılmasının qeyri-adi olduğunu söyləyib. Həmçinin, qeyd edib ki, 10 il əvvəl Avstraliyada ildə 20-30 hadisə baş verirdisə, keçən il Viktoriya ştatında 363 hadisə təsdiqlənib.

Tədqiqatçılar araşdırmanın insanlara həşəratqovucu vasitələrdən istifadə etmək və evlərin ətrafındakı suyu təmizləmək kimi xoralara səbəb olan ət yeyən bakteriyalara qarşı tədbir görməyə imkan verəcəyini diqqətə çatdırıblar.

Qeyd edək ki, buruli xorasına səbəb olan bakteriyalar zəhər ifraz edərək dəri hüceyrələrini, kapilyarları və dəri altındakı piyi məhv edir. Daha çox qol və ayaqlarda meydana gələn xəstəlik səbəbiylə zamanla böyüyən yaralar dəri xəstəliklərinə və qalıcı əlilliyə səbəb ola bilər. Ağcaqanadların xəstəliyin yayılmasında təsirli olduğuna dair nəzəriyyələr var.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR