“Hazırda əfqan mənşəli amerikalı yazıçı Xalid Hüseynin əsərini oxuyuram”.
Bunu millət vəkili, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov Bakıvaxtı.az-a müsahibəsində deyib.
Depurar bildirib ki, hazırda yazıçının 3-4 kitabını alıb:
“Əfqan həyatından yazır. Bəzi hadisələri düzgün təsvir edir, bəzilərini isə yanlış. Mən əfqan həyatını yaxşı bilirəm. Hesab edirəm ki, o bu hadisələri kimdənsə, eşidib yazır. Özünün gördükləri deyil, kimsə danışır, o da yazır. Amma hesab edirəm ki, pis deyil”.
Ayyət Əhməd