• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycanda bu obyektlərin təsdiqindən imtina ediləcək

CƏMİYYƏT

23 Fevral 2024 | 12:40

Azərbaycanda bu obyektlərin təsdiqindən imtina ediləcək

Azərbaycanda qaydalara riayət etməyən qida obyektlərinin təsdiqindən imtina ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, aparılan qiymətləndirilmə nəticəsində qida obyektlərində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida obyektinin təsdiqindən imtina edilməsi barədə qərar qəbul edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR