"Hakimlik yeganə vəzifədir ki, qərarlar qanunların aliliyindən əlavə həm də hakimin vicdanına buraxılır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin bugünkü iclasında bildirib.
“Biz o vaxt qərar qəbul etmişdik ki, heç bir hakim məruzə edə bilməz. Kimsə gəlirdi məruzə eləməyə, deyirdim get, vicdanınla qərar ver, amma səhv etsən başınla cavab verəcəksən. O vaxt Azərbaycanda ölüm hökmü var idi. Hətta əlimi Qurana qoyub and içirdim ki, sizin haqqınızda ölüm hökmünü özüm çıxaracam”.
T.Kərimli yaşlı, keçmiş hakim kimi indiki hakimlərdən vicdanla işləməyi xahiş edib.
Aytac Aslan