• Bakı 15° C

    1.74 m/s

“Qarabağ”ın rəqibi hücumçusunu satdı

İDMAN

05 Sentyabr 2023 | 11:59

“Qarabağ”ın rəqibi hücumçusunu satdı

“Qarabağ”ın UEFA Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” aparıcı futbolçusu İbrahim Sadiqi satıb.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı hücumçu adıçəkilən ölkənin AZ klubuna keçib.

Alkmaar təmsilçisi “transfer pəncərəsi”nin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib. “Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, “Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcək. İsveç təmsilçisi II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026