• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Qarabağlar bələdiyyəsi Azərbaycana bağlı dərnəklərlə əməkdaşlığı genişləndirir

SİYASƏT

07 May 2024 | 15:01

Qarabağlar bələdiyyəsi Azərbaycana bağlı dərnəklərlə əməkdaşlığı genişləndirir

“Qarabağlar bələdiyyəsi Azərbaycan-Türkiyə qardaşlığına xidmət edən dərnəklərlə bundan sonra da əməkdaşlıq edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Qarabağlar bələdiyyəsinin başçısı Helil Kınay deyib.

Qeyd edək ki, Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı, federasiyaya bağlı Bayındır Yörük Türkmən Dərnəyinin sədri Hasan Güzelsun, Ahıska Azərbaycan Türk Dünyası Həmrəylik Dərnəyinin başqanı Hasan Ahıskalı İğdır Zəngəzur Türk Dünyası Həmrəylik Dərnəyinin İdarə Heyətinin üzvlərini və Qarabağlar Bələdiyyə başçısı Helil Kınayı ziyarət ediblər.

O, bələdiyyə olaraq bu dərnəklərin bu sahədə görəcəkləri işlərə daim dəstək olacaqlarını vurğulayıb.

Helil Kınay Qarabağda olduğunu, Laçında bəzi araşdırmalar apardığını xatırladıb.

Bildirək ki, Qarabağlar İzmirin böyük bələdiyyələrindəndir. “Azərbaycan–Qarabağ–Xocalı” Parkı bu bələdiyyənini ərazisindədir.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

18 May 2024