• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İlham Əliyev ÜTT-nin baş direktorunu qəbul etdi - YENİLƏNİB

SİYASƏT

06 Iyun 2024 | 14:02 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyev ÜTT-nin baş direktorunu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

Bakıvaxtı.az  xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.

***

12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026