• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandı

HADİSƏ

10 Aprel 2025 | 12:15

Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandı

Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatlar aşkar edilib. 

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki,  FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandıQaradağ və Abşeronda hərbi sursatlar aşkarlandıQaradağ və Abşeronda hərbi sursatlar aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026