• Bakı 16° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndindən FOTOLAR

Gündəm

17 Aprel 2024 | 17:39

Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndindən FOTOLAR

Yuxarı Əskipara kəndi Azərbaycan Respublikası Qazax rayonunun Ermənistanın işğalı altında olan 7 kəndindən biridir.

Azərbaycanın eksklav kəndi olan Yuxarı Əskipara dörd tərəfdən Ermənistan ərazisi ilə əhatələnib.

Hər tərəfi dağlarla əhatə olunan, meşəliklə örtülən, çoxlu mineral bulaqları olan Yuxarı Əskipara 860 hektar əraziyə malikdir.

Onu Qazax rayonu ərazisinə bitişik olan işğal altındakı Aşağı Əskipara kəndindən erməni Əskiparası (Voskepar) ayrır.



Bakıvaxtı.az xəbər verir ki, Yuxarı Əskipara kəndi 8 iyun 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub.

Kənddə hazırda ermənilər məskunlaşıb.

Yuxarı Əskipara kəndində işğaldan əvvəl 145 təsərrüfat olub, əhali sayı isə 450 nəfər (210 nəfər kişi, 240 nəfər qadın) təşkil edib. Hazırda didərgin həyatı yaşayan yuxarı əskiparalılar 185 təsərrüfata malikdir, kəndin doğma yurddan uzaq düşən sakinlərinin sayı 700 nəfəri ötüb.

Yuxarı Əskiparada mövcud olan 14 abidə düşmən tapdağı altındadır.

Aprelin 17-də Tavuş rayonuna səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan erməni sakinlərlə görüşdə deyib ki, işğalçı dövlətin “Verin Voskepar” adlandırdığı Yuxarı Əskipara ilə bağlı da Azərbaycanla müzakirə aparılır. Paşinyan Ermənistan tərəfinin Yuxarı Əskiparanı mübadilə etməyə çalışdığığnı söyləyib.

Modern.az işğal altındakı Yuxarı Əskiparadan bir sıra şəkillər təqdim edir:

 


SON XƏBƏRLƏR

30 Aprel 2024