• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qazaxın kəndləri qaytarılacaq, Paşinyan o gecə söz verib” - AÇIQLAMA

SİYASƏT

22 May 2021 | 18:44

“Qazaxın kəndləri qaytarılacaq, Paşinyan o gecə söz verib” - AÇIQLAMA

Ermənistan tərəfindən işğal edilmiş Qazaxın 7 kəndi Azərbaycana təhveril veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia erməni hüquqşünas Mihran Poqosyanın açıqlamasında yer alıb.

O, üçtərəfli 10 noyabr bəyanatında bu məsələnin yer aldığını, lakin sonradan çıxarıldığını bildirib.

“Bununla bağlı imzalanacaq sənədin noyabrın 10-da hazırlandığını desəm, çox təəccüblənəcəksiniz? Kapitulyator (Paşinyan) noyabrın 10-da gecə saatlarında həmin sənədə imza atıb”.

Poqosyanın sözlərinə görə, 10 noyabr anlaşmasının ilkin variantının 2-ci maddəsində Ağdam rayonu ilə yanaşı, Qazaxın kəndələrinin Azərbaycana qaytarılması da yer alıb.

“Bundan sonra, həmin gecə “vəziyyətdə köklü bir dəyişiklik” baş verdi, bu məsələ həmin sənəddən çıxarıldı. Amma həmin kəndlər Azərbaycana təhvil veriləcək. Çünki noyabrın 10-da (Paşinyan) söz verib”.

pravda.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026