Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın seçki günü Ermənistanda dolaşması erməni mediasını da maraqlandırıb. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, A.Arutyunyan “Vətəndaş razılaşması” partiyasının qərargahından çıxarkən jurnalistlərin suallarına tuş gəlib. İrəvana niyə gəldiyi haqda sualın cavabında Arutyunyan “Heç nə baş verməyib. Nə? İrəvana gələ bilmərəm? Şəxsi işimlə bağlı gəlmişəm”, - deyib.
Jurnalist dəqiqləşdirmək istəyib: “Vətəndaş razılaşması” partiyasının ofisində?” Araik Arutyunyanın cavabı belə olub: “Vətəndaş razılaşması”nın ofisinə gəlmişəm”.
Erməni jurnalist növbəti dəfə qərargaha gəlməsinin səbəb və məqsədini soruşub. Separatçı lider “heç bir məqsəd yoxdur”, - deməklə suallardan yayınıb.

















