• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

SİYASƏT

20 Iyul 2021 | 19:10

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində yayılan məlumatda yer alıb.

“Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR