• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çin Türkiyə ilə danışdı: Pekin "Taliban"ın planlarını bəyəndi

SİYASƏT

19 Avqust 2021 | 14:53

Çin Türkiyə ilə danışdı: Pekin "Taliban"ın planlarını bəyəndi

Çin xarici işlər naziri Van İ türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı zamanı Taliban hərəkatının elan etdiyi Əfqanıstanın inkişaf strategiyasından razılıqla danışıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çinin XİN rəhbəri "Taliban"ın rəsmi nümayəndəsinin Əfqanıstanın artıq tiryək istehsalı və narkotik ticarəti mərkəzi olmayaraq tolerant bir hökumət qurulduğunu elan etməsini doğru istiqamətdə atılmış bir addım hesab edib.

Çin Xarici İşlər Naziri Pekinin ayrı -ayrı ölkələrin Əfqanıstan ərazisindən istifadə edərək digər dövlətləri təhdid etməsinə icazə verməmək niyyətində olan Talibanın mövqeyini təsdiqlədiyinə aydınlıq gətirib: "Bu cəsarətli bir bəyanatdır və ümid edirik ki, konkret addımlar onu möhkəmləndirəcək".

Van İnin sözlərinə görə, Əfqanıstanda hadisələrin daha da inkişafı Talibandan asılıdır:"Taliban rəhbərliyi xalqın çətinliklərinə uyğun olaraq mövcud problemlərin həllinə başlamaq niyyətini ifadə etdi - bu yaxşı bir əlamətdir".

Tərcümə şöbəsi 

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR