• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çinin Əfqanıstan planı

SİYASƏT

17 Sentyabr 2021 | 16:32

Çinin Əfqanıstan planı

Çin Xarici İşlər Naziri Vanq Yi Rusiya, İran və Pakistanın Əfqanıstanla bağlı əməkdaşlığı genişləndirməsini və xüsusən də yerli sakinlərə olan təhlükəsizlik risklərinin qarşısını almağa kömək etməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, Nazir eyni zamanda ABŞ-ı qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstanın yenidən qurulmasına görə məsuliyyət daşımağa çağırdı.

Van Yi təşəbbüsünü Düşənbədə Rusiya, İran və Pakistan xarici işlər nazirləri ilə görüşdə elan edib. Çinli nazirin planı beş bənddən ibarətdir:

ABŞ-ı "Əfqanıstanın yenidən qurulması üçün əsas məsuliyyəti" götürməyə və ölkəyə iqtisadi və humanitar yardım göstərməyə çağırmaq;

Əfqanıstanda "geniş və əhatəli bir siyasi quruluşun" formalaşmasına töhfə vermək, "öz inkişaf yolunu seçməkdə" Əfqanıstan xalqına dəstək olmaq, etnik azlıqların, qadınların və uşaqların hüquqlarına riayət olunmasını izləmək;

təhlükəsizlik risklərinin yayılmasının qarşısını almaq;

ehtiyacı olanlara kömək etmək üçün Əfqanıstan üçün birgə yardım qüvvəsinin yaradılmasını təşviq etmək və "bölgə ölkələrini və beynəlxalq təşkilatları birgə yardım göstərməyə təşviq etmək";

iqtisadi əməkdaşlıq da daxil olmaqla regional əməkdaşlığın inkişafına davam etmək

Çin Xarici İşlər Nazirliyinin başçısı hesab edir ki, ordu Əfqanıstandan çəkildikdən sonra Vaşinqtonun ciddi şəkildə dərs almalıdır, çünki "məsuliyyətdən boyun qaçırıb arxaya dönüb gedə bilməzsən". Nazir Əfqanıstanda əhalinin az qala yarısının yoxsulluq həddində yaşadığını və 14 milyon insanın ərzaq böhranı ilə üzləşdiyini qeyd edib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026