• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistan XİN rəhbərini təyin etdi: Paşinyan güclənir

SİYASƏT

19 Avqust 2021 | 14:39

Ermənistan XİN rəhbərini təyin etdi: Paşinyan güclənir

Ermənistan prezidenti Armen Sarkisyan parlamentin keçmiş spikeri Ararat Mirzoyanın ölkənin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzaladı.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təyinatdan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin vəzifələrini Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan yerinə yetirirdi.

Mirzoyan hazırkı baş nazir Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının qurucularından biridir. 2018-ci ilin aprel-may aylarında Paşinyanın başçılıq etdiyi etiraz hərəkatının fəal iştirakçısı, Ermənistan baş nazirinin ən yaxın adamlarından biri. 2019 -cu ilin yanvar ayında parlamentin sədri seçildi. 2021 -ci ilin iyununda keçirilən erkən seçkilərdə o, hakim "Vətəndaş Müqaviləsi" partiyasının siyahısında idi.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri postu Armen Sarkisyanın Ara Ayvazyanın xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzaladığı vaxtdan bu yana boş qalmışdı. İyunda xarici işlər nazirinin müavinləri də vəzifəsindən azad edilmişdir.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026