Ermənistan hakimiyyəti qorxur ki, Silahlı Qüvvələri Baş Qərargahının və Müdafiə Nazirliyi nəzdində hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan müharibədə baş verən hadisələrlə bağlı faktları məhkəməyə təqdim etsin.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Movses Akopyan məhkəmə məlumat sistemində cinayət işini məhdudlaşdırmaqla kifayətlənməyən siyasi hakimiyyət məhkəmə iclasının bağlı qapılar arxasında keçirilməsi haqqında əmr verib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti müharibənin gedişi ilə bağlı bir çox qalmaqallı açıqlamalar verdiyi üçün Akopyana qarşı dövlət sirrini yayması ilə bağlı cinayət işi açmışdı.
Tərcümə şöbəsi
Bakıvaxtı.az













jpg-1631875590.webp)


