• Bakı 18° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Qazaxıstan XİN Londondakı səfirliyimizə hücumu pisləyib

SİYASƏT

06 Avqust 2022 | 00:48

Qazaxıstan XİN Londondakı səfirliyimizə hücumu pisləyib

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bəyanatda Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib: “Avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar olaraq, diplomatik nümayəndəliyə və onun əməkdaşlarına qarşı istənilən zorakılığı qəbuledilməz hesab edirik.

Beynəlxalq hüququn prinsiplərinin və normalarının pozulması aktları ümumilikdə pislənməlidir və təşkilatçıların məsuliyyətə cəlb edilməsi məqsədilə hərtərəfli araşdırma aparılmalıdır.

Azərbaycan xalqının sarsılmazlığına inanırıq və qardaş dövlət üçün çətin vəziyyətlərdə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunub.


SON XƏBƏRLƏR

19 Aprel 2024