• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Qazaxıstanda referendumun NƏTİCƏLƏRİ açıqlandı

DÜNYA

08 Oktyabr 2024 | 13:43

Qazaxıstanda referendumun NƏTİCƏLƏRİ açıqlandı

Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasının tikilib tikilməyəcəyi ilə bağlı ictimaiyyətin qərarının alınması üçün keçirilən referendumda seçicilərin 71,12 faizi "hə" deyib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası oktyabrın 6-da keçirilən referendumun yekun nəticələrini açıqlayıb.

Nəticələrə görə, ölkədə referendum üçün qurulan cəmi 10 min 323 seçki qutusunda səslər sayılıb. Eyni zamanda, Qazaxıstanın 59 ölkədəki nümayəndəliklərində yaradılmış seçki qutularında səslərin hesablanması başa çatıb.

Referendumda iştirak nisbəti 63,66 faiz təşkil edib. Belə ki, ölkədə qeydiyyatda olan 12 milyon 284 min 487 seçicidən 7 milyon 820 min 204-ü seçkiyə gedib.

Seçici qutusuna çıxan seçicilərin 71,12 faizinə uyğun olaraq 5 milyon 561 min 937 seçici “hə” deyib və ölkədə AES tikintisinə dəstək verib. 2 milyon 45 min 271 seçici “yox” deyərək buna qarşı çıxıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR