• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

ABŞ-də təyyarə qəzası: 5 ölü

DÜNYA

07 Noyabr 2024 | 10:03 | Müəllif: Əli Hüseynov

ABŞ-də təyyarə qəzası: 5 ölü

ABŞ-nin Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Mesa Polis İdarəsi və Mesa Yanğın və Sağlamlıq İdarəsinin paylaşdığı məlumata görə, kiçik bir reaktiv təyyarə Mesadakı "Falcon Field" hava limanından havaya qalxarkən uçuş enmə zolağının yanındakı yolda bir avtomobilə çırpılıb.

Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb. 

Federal Aviasiya Administrasiyası təyyarənin Honda HA-420 tipli yüngül biznes reaktivi olduğunu və qəzanın səbəbinin araşdırıldığını bildirib. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR