“Xarici ölkələrə müalicəyə göndərilən şəxslərin ümumi sayı 193 nəfərdir. Onlardan 9-u şəhid ailəsi üzvü, 184-ü isə ağır yaralı qazilərimizdir. Xaricdə müalicə üçün xərclənən ümumi məbləğ 21 049 205.09 manatdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, şəxsin xaricdə müalicəyə göndərilməsi üçün əvvəlcə onun müalicəsinin ölkə daxilində mümkün olmadığından tam əmin olmalıyıq:
“Bu məqsədlə müvafiq səhiyyə qurumlarının – Səhiyyə Nazirliyi və TƏBİB-in təqdim etdiyi rəy, eləcə də həkim komissiyasının yekun rəyi əsas götürülür. Əgər komissiya müalicənin ölkə daxilində mümkün olmadığını təsdiqləyərsə, həmin şəxsin xaricdə müalicəsi təmin olunur”.
Zeynəb Rzayeva
Bakı 



