• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib

CƏMİYYƏT

21 Aprel 2026 | 14:47 | Müəllif: Əli Hüseynov

Qazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti (NK) "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Qaz təchizatı haqqında" qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

"Müayinənin keçirilməsində əsas məqsəd istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin işçi vəziyyətinin müəyyən edilməsidir. Qərarın qəbulu qaz təsərrüfatlarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, mümkün risklərin qarşısının alınmasına, eləcə də qaz təchizatı sahəsində vahid və sistemli nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir", - deyə NK bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026