• Bakı 17° C

    4.03 m/s

Qəbələdə  itkin düşən şəxsin axtarışları davam edir - VİDEO

CƏMİYYƏT

05 Dekabr 2022 | 12:14

Qəbələdə itkin düşən şəxsin axtarışları davam edir - VİDEO

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun rayonun mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.


Qəbələdə itkin düşən şəxsin axtarışları davam edir - VİDEOQəbələdə itkin düşən şəxsin axtarışları davam edir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026