• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sülhməramlıların daha 6 avtomobilinə keçid icazəsi verildi

CƏMİYYƏT

03 Yanvar 2023 | 21:45 | Müəllif: Subhan Mahmudov

Sülhməramlıların daha 6 avtomobilinə keçid icazəsi verildi

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 təminat və 1 minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, gün ərzində ümumilikdə sülhməramlılarına məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR