• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rüşvətə görə tutulan dekan barəsində qərar verildi

CƏMİYYƏT

02 Fevral 2023 | 16:06

Rüşvətə görə tutulan dekan barəsində qərar verildi

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.

Qərara əsasən Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərtilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.

Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026