• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Qədim Misir kraliçası Nefertitinin sərdabəsi tapıldı

CƏMİYYƏT

23 Sentyabr 2022 | 01:39

Qədim Misir kraliçası Nefertitinin sərdabəsi tapıldı

Arxeoloqların uzun illər qədim Misir kraliçası Nefertitinin sərdabəsinin aşkar edilməsi istiqamətində tədqiqatları bir nəticə verməmişdi.

Bakıvaxtı.az-ın məlumatına görə, bu günlərdə məşhur misirşünas Zahi Havas bəyan edib ki, bu sərdabə tapılıb və kraliçanın mumiyasının müəyyən edilməsi üçün DNT analizləri aparılır.

Misirli alim bu ilin dekabrında Luksor ətrafında aşkar edilmiş qədim əşyaların Kral Tuta aid olduğunu bildirib. O əlavə edib ki, həmin ərazidə çoxsaylı mumiyalar da aşkar edilib. "Bizdə artıq fironların 18-ci sülaləsinin mumiyalarının DNT-si var. Bu nümunələr II Axenatendən III Amenhotepə qədər dövrə aiddir. Bu ərazidə əfsanəvi firon Tutanhamonun anası Nefertitinin mumiyasının da olduğuna əminəm və oktyabrda DNT-nin nəticələrinə əsasən bunu rəsmən elan edəcəyik”, -deyə Havas bildirib.

Misirli alim qeyd edib ki, sərdabədə 10 yaşlı bir uşağın da mumiyası var (azərtac). Güman edilir ki, bu, Tutanhamonun qardaşıdır.

Nefertiti eramızdan əvvəl 1370-1330-cu illər arasında yaşayıb. Gözəllik rəmzi olan kraliça firon Tutanhamonun ögey anası və Qədim Misirin firavanlıq dövründə hökmranlıq etmiş firon Axenatonun arvadı idi.


SON XƏBƏRLƏR

19 Aprel 2024