• Bakı 13° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür - Şoyqu

DÜNYA

26 Aprel 2024 | 13:15

Qərb Ukraynaya kəşfiyyat məlumatları ötürür - Şoyqu

Qərb real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, xarici “məsləhətçilər” Kiyevə Rusiya ərazisində təxribatlar hazırlamasına dəstək verir və prosesdə iştirak edirlər:

“Kəşfiyyat məlumatları Ukraynaya real vaxt rejimində ötürülür. Həmçinin Ukrayna hərbçiləri üçün təlimlər təşkil olunur. Qərbin hərbi mütəxəssisləri və muzdluları döyüş bölgəsindədir”.

S.Şoyqunun sözlərinə görə, ABŞ müharibəni məqsədli şəkildə uzatmağa çalışır.


SON XƏBƏRLƏR