Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibədə etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi ilə bağlı bəyanat yayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.
















