• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır

SİYASƏT

11 Yanvar 2024 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sabah başa çatır.

Bakıvaxtı.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesini də 2024-cü il yanvarın 13-dək başa çatdırmalıdır. Müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra bu proses yekunlaşdırılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026