• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan etdi

SİYASƏT

09 Fevral 2024 | 16:50

Aİ Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan etdi

Ukraynanın ali hərbi rəhbərliyində dəyişikliklər ölkənin daxili işidir və Avropa İttifaqının Kiyevə dəstəyinə təsir göstərməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Nəbilə Massralı Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Bu, Ukraynanın daxili işidir. İstənilən belə dəyişikliklər ölkənin ali siyasi rəhbərliyinin səlahiyyətinə aiddir. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməkdə israrlıdır”, - o deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Silahlı Qüvvələrin Baş Komandanı general-polkovnik Valeri Zalujnını vəzifəsindən azad edib. Dövlət başçısı bu vəzifəyə Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskini gətirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026