• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistanın BCM vasitəsi ilə cəzalandırılması mümkünsüzdür

SİYASƏT

09 Fevral 2024 | 16:23 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın BCM vasitəsi ilə cəzalandırılması mümkünsüzdür

Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan beynəlxalq ədalət sisteminin əhəmiyyətini anlayır: "Bu da soyqırımı kimi ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını mümkün edir. Ermənistan həmişə beynəlxalq səviyyədə insanlığa qarşı cinayətlərin qarşısının alınması və pislənməsi proseslərinin fəal iştirakçısı və təşəbbüskarı olub".

Mirzoyan bildirib ki, Ermənistan məhkəmənin fəal iştirakçısı olacaq və onun işinə mühüm töhfə verəcək.

Təsəvvür edin, tarix boyu soyqırımlar törədən, qətliamlar həyata keçirən ermənilər bu gün həyasızcasına "bəşəri cinayətlərə qarşı çıxdıqlarını" iddia edirlər. Hətta utanmadan bu istiqamətdə "mübarizə apardıqlarını", prosesə töhfə verməyə hazır olduqlarını deyirlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmaqla Roma Statusunu təsdiq etmiş oldu.

Ekspert vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinə üzv ola dövlətlər üzərinə müəyyən öhdəliklər götürür:

"İlk növbədə qeyd edim ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarının icra edilməsi ilə bağlı öhdəliyə görə, Rusiya prezidenti Ermənistana gələrsə, həbs olunmalıdır. Yəni Ermənistan uzun illər himayəsində yaşadığı, müttəfiqlik etdiyi, öz çirkin məqsədləri üçün hər zaman dəstək aldığı Rusiyaya arxa çevirmiş oldu. Ermənistanın bu addımı İkinci Qarabağ savaşında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə qoşa bilməməsindən qaynaqlanır. İrəvan hökuməti Moskvanı bu gün də günahlandırır. Amma başa düşmək istəmirlər ki, müharibə Ermənistan ərazisində getməyib. Əgər Ermənistan ərazisində getsəydi, KTMT o zaman müdaxilə edə bilərdi. İndi saxta təfəkkürlü, öz məqsədləri üçün daim yalan danışan bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü oldu. Şübhə yox ki, burada da İrəvanın çirkin niyyətləri var. Ancaq məsələ ondadır ki, Ermənistanın illər boyu Azərbaycan torpaqlarını işğalda saxladıqlarına, minlərlə insanı qətlə yetirdiklərinə, işğal etdikləri ərazilərdə vandalizm törətdiklərinə, yüzminlərlə insanın mülkiyyətinə zərər vurduqlarına görə, BCM vasitəsi ilə cəzalandırılması mümkünsüzdür. Çünki onların nizamnaməsində qeyd olunur ki, cəza mexanizmi Məhkəmədən əvvəlki dövrdə baş vermiş cinayətlərə şamil olunmur. Ona görə də bu xətlə ermənilərin cəzalandırılmasına nail olmaq çətindir. Amma bütün hallarda Ermənistan törətdiyi bəşəri cinayətlərə görə, cavabdehlik daşımalı, məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə işləyirik".

Çingiz Qənizadə: Artıq dünyada münasibətlər dəyişib, ədalət deyilən anlayış ayaq tutub yeriyə bilmir

Ç.Qənizadə diqqətə çatdırıb ki, müharibə dövründə cəbhədən uzaqda yerləşən Gəncəyə, Bərdəyə, Tərtərə raketlərin atılması və çoxsaylı mülki əhalinin həyatını itirməsi müharibə cinayətləri sayılırdı:

"Amma bunlara görə, indiyədək Ermənistana "gözün üstə qaşın var" deyən oldumu? Nəinki Ermənistanı qınayan, heç ciddi bəyanat verən də olmadı, yüngül sanksiyaların tətbiqindən belə söhbət getmədi. Lakin Azərbaycanın haqq savaşında iştirak edən "Bayraqdar"lara Kanadadan əlavə texniki vasitələrin verilməsi dayandırıldı, işğalçıya dəstək verdilər”.

Müsahibimiz qeyd edfib ki, artıq dünyada münasibətlər dəyişib, ədalət deyilən anlayış ayaq tutub yeriyə bilmir:

“O baxımdan Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsində cəzalandırılmasına nail olmağımız bir qədər çətin görünür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026