Rəsmi Qətər Dəməşqin Suriyadakı səfirliyini yenidən açmağa qərar verdiklərini açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari lazımi hazırlıq işləri başa çatdıqdan sonra Dəməşqdəki səfirlik binasını tezliklə açacaqlarını bildirib.
Bunun iki ölkə və iki qardaş xalq arasında yaxın tarixi qardaşlıq əlaqələrini gücləndirmək mənasında qəbul edilmiş qərar olduğunu deyən Ənsari, Qətər Dövlətinin də qardaşlıq əlaqələrini gücləndirmək üçün bu qərarın verildiyini vurğulayıb.
Ənsari həmçinin bildirib ki, səfirliyin yenidən açılması ilə Qətərin hazırda hava körpüsü vasitəsilə Suriya xalqına təmin etdiyi humanitar yardım axınını asanlaşdırmaq üçün müvafiq orqanlarla koordinasiya artacaq.
Əli Hüseynov