Donald Tramp da daxil olmaqla bütün dünya liderləri - hər kəs Türkiyənin uğurlarını, regiondakı nüfuzunu təsdiqləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli şəhərində deyib.
Türkiyə lideri Avropa və Amerikada, bütün dünyada Türkiyədən danışıldığını vurğulayıb:
“Təəssüflər olsun ki, ölkə müxalifəti bunların heç birini görmür. Bilin ki, bütün bunlar, sadəcə, başlanğıcdır”.