• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada 130 min ton mazut dolu tanker partladı

DÜNYA

09 Fevral 2025 | 15:00 | Müəllif: Subhan Mahmudov

Rusiyada 130 min ton mazut dolu tanker partladı

Rusiyanın Leninqrad vilayətindəki limanda 130 min ton mazut dolu tankerdə güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, fevralın 9-da Ust-Luq limanındakı Antuqa və Barbuda bayrağı altında üzən “Koala” adlı tankerə 130 min ton mazut yüklənib. Tanker hərəkət etməyə başlayan zaman maşın bölməsində 3 güclü partlayış baş verib.

Heyət sahilə çıxmağa müvəffəq olub. Tankerin maşın bölməsi tamamilə su ilə dolub, özü isə saya oturub.

Hadisə zamanı xəsarət alan olmayıb. Neft məhsullarının dənizə sızması qeydə alınmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026