• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb olundu - VİDEO

CƏMİYYƏT

18 Noyabr 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

Qəza törədib qaçan sürücü məsuliyyətə cəlb olundu - VİDEO

Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü Dövlət Yol Polisi tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olub.

Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyənləşdirilib və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026