• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu məktəbdə yeyinti aşkarlandı - cinayət işi başlandı

CƏMİYYƏT

18 Dekabr 2023 | 16:11

Bu məktəbdə yeyinti aşkarlandı - cinayət işi başlandı

Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Cəlilabad rayon prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026