• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Orta məktəbdə mənimsəmə: Cinayət işi başlandı

CƏMİYYƏT

17 Yanvar 2024 | 14:49 | Müəllif: Qalib İbrahimoğlu

Orta məktəbdə mənimsəmə: Cinayət işi başlandı

Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğunun məlumatında bildirilir.

Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi yolu ilə 19 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və ya israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026