• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLAR

CƏMİYYƏT

16 Fevral 2024 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLAR

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Ulu Öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qardaş ölkədə təhsil alan kursantlarla görüş keçirilib. Azərbaycanlı nümayəndələr kursantların tədris prosesi ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Kursantlarla bir yerdə nahar edilib.

Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti, həmçinin qardaş ölkənin "HAVELSAN" şirkətini ziyarət edib. Burada qonaqlara müxtəlif təyinatlı silah-texnika və hərbi təyinatlı vasitələr nümayiş etdirilib.


Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR