Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may-31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər.
Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1-15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər.
















