• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bağlı qapı arxasında qalan qadın xilas edildi

CƏMİYYƏT

17 Mart 2024 | 14:12 | Müəllif: Subhan Mahmudov

Bağlı qapı arxasında qalan qadın xilas edildi

Suraxanı rayonu, Hövsan qəsəbəsində 60 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1964-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026