• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Kredit ödənişi bayrama düşərsə gecikmə hesablanmalıdır?

CƏMİYYƏT

16 Aprel 2024 | 11:52

Kredit ödənişi bayrama düşərsə gecikmə hesablanmalıdır?

Kreditin gecikməsi kredit borcu olan əksər şəxslərin əsas problemlərindən biridir. Bankların müştəri üçün verdiyi möhlət günü keçdikdən sonra, hər gün üçün müvafiq gecikmə faizi tutması isə borcluları daha çox narahat edir.

Bəs kreditin ödəniş tarixi bayram gününə düşərsə, gecikmə faizləri tutulmalıdırmı? Bu, qanunvericilikdə necədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bank kreditlərində faizlər gündəlik hesablanır və banklardakı bu qayda Mərkəzi Bank tərəfindən təsdiq olunub.

Onun sözlərinə görə, burda söhbət cərimə faizindən getmir:

“Bu, müştərinin krediti götürdüyü faizdir. Məsələn, tutaq ki, müştəri 20 faizlə kredit götürüb. Həmin o 20 faiz 356 günə bölünür. Hər günə düşən faizi ödəyirsiniz. Bu gecikmə sayılmır. Bu faizi bu gün ödədinizsə, 29 gündən sonra ödəniş edəndə məbləği daha az ödəyirsiniz. Çünki o faizi artıq ötən ay vermisiniz”.

Əkrəm Həsənov hüsab edir ki, bu o qədər də ciddi problem deyil.

Günəş Mərd


SON XƏBƏRLƏR

29 Aprel 2024