Tanınmış şair Şair Salam Sarvan yenidən əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şairin dostu Şərif Ağ sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Salam Sarvanın əməliyyatı uğurlu keçdi:
“Hələlik reanimasiyadadır”.
Həkimlər bir neçə gün orada qalmasını məsləhət görüblər.
Qeyd edək ki, Salam Sarvan öd kisəsi xərçəngindən əziyyət çəkir. O, bundan əvvəl aprel ayında əməliyyat olunub.
Nərgiz Məmmədli
















