• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Milli Müdafiə Universitetinin hərbi kolleclərində qəbul davam edir - VİDEO

CƏMİYYƏT

15 May 2024 | 20:20

Milli Müdafiə Universitetinin hərbi kolleclərində qəbul davam edir - VİDEO

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdən biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan hərbi kollecdə tədris korpusları və sinif otaqları, yataqxana və digər inzibati binalar müasir avadanlıqlarla təchiz edilib.

Kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə hərbi kollecdə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları və digər obyektlər də mövcuddur.

Qeyd edək ki, Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul cari ilin may ayının 30-dək davam edir.


SON XƏBƏRLƏR

25 May 2024