• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLAR

CƏMİYYƏT

14 Iyun 2024 | 19:36 | Müəllif: Subhan Mahmudov

Xocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLAR

Xocalı şəhər 2 nömrəli tam orta məktəbini 1992-ci ildə bitirməli olan şagirdlər yarımçıq qalan “Son zəng” tədbirini 32 il sonra doğma yurdlarında qeyd ediblər.

Bakıvaxtı.az xəbər verir ki, 1992-ci ilin mayın 25-də keçirilməli olan “Son zəng”ə hazırlaşan şagirdlərin arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin şagirdlər gecikən “Son zəng”lərini qeyd etmək üçün Xocalı şəhərinə toplaşıblar.

Əvvəlcə Xocalıdakı Şəhidlər xiyabanı ziyarət olunub. Sonra Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxılıb.

Xocalı şəhərində keçirilən mərasimdə 32 il əvvəlki ağrılı-acılı günlər yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs ediblər.

Sonda “Son zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər çalınıb.


Xocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLARXocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026